Bizim futbol

“Qarabağ” və Qurbanovun dünya reytinqində mövqeyi açıqlandı

Dünyanın ən güclü klublarının reytinqi açıqlanıb.

Dsport.az xəbər verir ki, “clubworldranking” saytının açıqladığı siyahıda Azərbaycanın 4 klubu yer alıb.

Onların arasında ən yüksək reytinqə malik “Qarabağ” 541-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisinin hesabında 1169 xal var. Digər klublarımızdan “Keşlə” 781-ci (368 xal), “Qəbələ” 822-ci (255), “Zirə” isə 844-cü pillədə (217) yer alıb. 

Məşqçilərin də reytinq cədvəli açıqlanıb. Azərbaycandan bu siyahıda iki məşqçi var. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 483-cü pillədə qərarlaşıb – 1169 xal.

“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə hazırda 954-cüdü – 255 xal.