Bizim futbol

“Qəbələ”nin legioneri: “İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm” - VİDEO

Uzun müddətdi zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin legioneri Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir.

Dsport.az xəbər verir ki, futbolçu "Qəbələ" TV-yə açıqlamasında bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir:

“8 həftə əvvəl “Neftçi” ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqə başlayacam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda komandayla məşqə başlayacam və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm”.