Bizim futbol

“Qəbələ” - İstirahətə son, məşqlərə davam

“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirir. 

Dsport.az xəbər verir ki, “Akhisar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra bir günlük istirahət edən “qırmızı-qaralar” məşqlərini bərpa edib. Komanda toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib. Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun yetirmələri toplu çalışmalara üstünlük veriblər.