Bizim futbol

“Azərbaycanla matçda Moldova çempionatından futbolçular oynayacaq”

Futbol üzrə Moldova yığmasının yeni baş məşqçisi Aleksandr Spiridon Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirəcəkləri oyunda heyətlə bağlı məsələlərə aydınlıq gətirib. 

Dsport.az xəbər verir ki, bu gün təqdimatı olan mütəxəssis keçirilən mətbuat konfransında Antalyadakı hazırlıq prosesində millinin yerli futbolçulardan, yoxsa legionerdən təşkil olunacağına aydınlıq gətirib: 

“Bu oyunlar FİFA-nın qeyri-rəsmi vaxtında keçirilir. Klublarla əlaqə saxlayacağıq. Onlar güzəştə gedərək futbolçuları heç olmasa, bir oyuna buraxsalar, onda məmnuniyyətlə onlara baxarıq. Ancaq əlbəttə ki, bu matçlarda əsasən Moldova çempionatından futbolçular oynayacaq".

 “Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticəyə imza atmasın? D divizionunda qrupda düşəcəyimiz digər 3 rəqibdən heç də zəif deyilik. Məqsədimiz qrupu birinci pillədə başa vurmaq olacaq. Çoxdandı Moldova futbolunu izləmirəm. Bu mənada mənə çalışmaq çox maraqlıdı. Yanvarın 27-də və 30-da bizi Cənubi Koreya və Azərbaycanla yoxlama oyunları gözləyir. Hər ikisi kifayət qədər güclü komandadı”.

Xatırladaq ki Moldova yanvarın 27-də Cənubi Koreya, 30-da Azərbaycanla yoldaşlıq görüşü keçirəcək.