Bizim futbol

“Qarabağ”a Antalyada yağış da mane olmadı

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. 

Dsport.az xəbər verir ki, hazırlığın dördüncü günündə komandanın ilk məşqi yerli vaxtla saat 10:30-da start götürüb. Futbolçular yağış yağmasına baxmayaraq, 90 dəqiqə meydanda çalışmalarını davam etdirib. 

Fiziki hərəkətlərlə start götürən hazırlıq toplu çalışmalarla başa çatıb. Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-a təyin olunub.