Bizim futbol

“Keşlə”də 5-ci müqavilə

“Keşlə”də baxışda olan daha bir futbolçunun taleyinə aydınlıq gəlib. 

Dsport.az xəbər verir ki, klubdan “Apasport”a verilən məlumata görə, baş məşqçi Yuri Maksimov kamerunlu yarımmüdafiəçi Herve Tçami haqda qərarını bildirib.

O, 30 yaşlı futbolçunun komandada qalmasını istəyib. “Keşlə” rəhbərliyi Tçami ilə münasibətləri bu günlərdə rəsmiləşdirəcək. Tərəflər arasında mövsümün sonuna qədər nəzərdə tutulan sözləşmə imzalanacaq. Bu, bakılıların qış fasiləsində 5-ci transferi olacaq.  

Baxışda olan digər futbolçularla bağlı yekun qərar isə hələ verilməyib. Maksimov Tçamidən fərqli, Məhəmməd Qurbanova ehtiyac duymayıb. 

Qeyd edək ki, "Keşlə" Tçamiyə qədər Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və Pablo Podio ilə müqavilə bağlayıb.