Bizim futbol

Kiril Petrov da “Neftçi”dən ayrılmaq istəyir

“Neftçi”nin futbolçusu Kiril Petrovun Türkiyənin “Girəsunspor” klubuna keçidi gündəmdədi. Dsport.az xəbər verir ki, artıq sözügedən klub ukraynalı stopperə rəsmən dəvət göndərib.

Lakin əldə etdiyimiz məlumata görə, “Neftçi” hələ ki, Petrovla yolları ayırmağı düşünmür. “Ağ-qaralar” yeni stopper tapdıqdan sonra Petrovu buraxa bilər. Pavel Dreksanı da “Karvina”ya geri göndərən “Neftçi” Petrova əvəzləyici tapmaq istəyir. Çünki ukraynalı müdafiəçi artıq Girəsuna yollanmaq barədə düşünür. Hazırda “Neftçi”nin məşqlərində iştirak edən Petrov ən pis halda yayda Türkiyəyə yollanacaq.