Bizim futbol

“Qarabağ”ın futbolçusu “Jilina” yolunda

“Qarabağ”ın futbolçusu Pilağa Mehdiyev karyerasını ölkə xaricində davam etdirəcək. 

Dsport.az-a daxil olan məlumata görə, Mehdiyev Slovakiyanın “Jilina” klubuna keçməyə hazırlaşır. Bir müddət əvvəl “Stabek”ə də gedişi gündəmdə olan Mehdiyevin keçidi son anda baş tutmayıb. Bu dəfə isə o, “Jilina”nın maraq dairəsinə düşüb. Slovakiya klubunun yaxın günlərdə onu düşərgəyə dəvət edəcəyi gözlənilir.