Bizim futbol

“Keşlə” iki futbolçunu yola saldı

“Keşlə” komandası "Qaradağ Lökbatan”la yoxla matçında sınadığı futbolçulardan ikisi barədə qərar verib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə iştirak edən Məhəmməd Qurbanovla Ruslan Cəfərov baş məşqçi Yuri Maksimovun etimadını doğrultmayıblar. Bu səbəbdən hər iki futbolçunun xidmətinə ehtiyac duyulmayıb.

Həmçinin Seymur Əsədovla İdris Musluyevin yola salınacağı gözlənilir. Əvəzində kamerunlu Herve Tçami və serbiyalı Nemanya Stoyanoviçlə müqavilə bağlanılması planlaşdırılır.

Qeyd edək ki, "Keşlə” qış fasiləsində Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev və argentinalı Pablo Podionu heyətinə cəlb edib. (Sportnet)