Bizim futbol

Pablo Podio: “Keşlə”yə kömək etməyə gəlmişəm”

“Keşlə”nin yeni transferi Pablo Podio Dsport.az saytına müsahibə verib:

- "Keşlə" barədə düşüncələriniz necədi?
- Bir həftədir buradayam. Bu suala cavab vermək üçün daha çox vaxt tələb olunur. Bir-birimizi tanımaq və meydanda uyğunlaşmaq üçün bizə vaxt lazımdı. Mən və bütün yeni oyunçular "Keşlə"yə kömək etməyə gəlmişik.

- Azərbaycanda "Keşlə"dən başqa hansı komandaları tanıyırsız?
- "Qarabağ"ı tanıyıram. 

- Ən çətin oyunlarınızın "Qarabağ" və "Qəbələ"yə qarşı olacağını bilirsiz?
- Bizim yaxşı, texnikalı oyunçularımız var. Matç o vaxt çətin olur ki, özün zəif oynayırsan. Belə rəqiblərlə oynamağa qadirik.

- Azərbaycanla bağlı planlarınız necədi?
- İlkin mərhələ üçün müqaviləm mövsümün sonunadək nəzərdə tutulub. Mövsüm bitdikdən sonra "Keşlə" rəhbərliyi ilə oturub, gələcək üçün qərar verəcəyik.

- Klubun prezidenti Zaur Axundovla söhbətiniz olub?
- Xeyr, hələ onu görməmişəm. Görüşəndə "Keşlə" və klubun gələcəyi barədə danışacağıq.   

- Bura gələnədək Azərbaycandan hansısa futbolçunu tanıyırdız?
- Xeyr, tanımırdım. Yalnız bilirdim ki, qapıçı Kamran Ağayev Çexiya çempionatında çıxış edib.