Bizim futbol

AZFAR uşaq və gənclər məktəbinin “Açıq qapılar” günü

Bu həftədən başlayaraq və yanvar ayının sonuna qədər hər bazar günü AZFAR uşaq və gənclər futbol məktəbi “Açıq qapılar” günləri keçirəcək. Dsport.az xəbər verir ki, futbol məktəbinin qapıları qonaqlar üçün açıq olacaq - həm gənc futbolçular, həm də onların valideynləri üçün.

Açıq qapılar günü çərçivəsində sizi məşqlər, yarışmalar və əyləncə dolu anlar gözləyir.

Seçimlərə qatılmaq üçün gənc futbolçuya yalnız: istək və idman geyimi lazımdır. Qeyd edək ki, tədbir üstü qapalı meydançada keçiriləcək.

Açıq qapılar günü saat 11:00-da başlayacaq və saat 15:00-a qədər davam edəcək.

“Bakı Şəhər Baş Polis İdarəsinin” arxasında yerləşən, Azfar uşaq və gənclər məktəbinin “Açıq qapılar” gününə gəlmək üçün, təşkilatçılar tərəfindən təşkil olunan ödənizşsiz avtobuslardan istifadə etmək mümkün olacaq. Avtobuslar “28 may” və “Xətai” metro stansiyalarından saat 10:45-də yola düşəcəklər (dəqiq gediş nöqtəsi xəritədə qeyd olunub).