Bizim futbol

Robert Prosineçki yenidən Bakıda - FOTOLAR

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki hələ Bakıdadı.

Dsport.az xəbər verir ki, seçmə tsiklin sonunda millimizlə müqavilə müddətini artırmayan xorvat mütəxəssis bir müddət öncə ölkəsinin mətbuatına qızının təhsili ilə bağlı bir müddət daha paytaxtımızda qalacağını açıqlamışdı.

Prosineçki bu gün axşam saatlarında Bakıdakı “28 Mall” mərkəzində görüntülənib. Siqaret çəkən xorvat məşqçi bir qədər əsəbi görkəmdə olub. Belə ki, onun telefonda kimləsə əsəbi tonda danışması diqqətdən yayınmayıb.

Xatırladaq ki, Prosineçki 2014-cü ildən millimizi çalışdırırdı. O, DÇ-2018-in seçmə mərhələsinin sonunda, AFFA ilə qarşılıqlı razılıq əsasında dekabrda başa çatacaq müqavilə müddətini uzatmamışdı. (komanda.az)