Bizim futbol

Qurbanovun millimizdə bütün köməkçiləri müəyyənləşdi

Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanovun bütün köməkçilərinin adına aydınlıq gəlib.

Dsport.az “Sport24”ə istinadən xəbər verir ki, Qurbanovun digər köməkçiləri uzun müddətdi onunla “Qarabağ”da birgə çalışan mütəxəssislərdi. 

Söhbət Elçin Rəhmanovla Çudomir Çakarovdan gedir. Millimizin çalışdırıcısı bu iki məşqçiylə əsas komandamızda da birgə işləməyə qərar verib.

Xatırladaq ki, ötən gün Dmitri Kramarenko da qapıçılarla iş üzrə məşqçi təyin edilib.