Bizim futbol

Region Liqasının püşkatma mərasimi - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün “Region Liqası” turnirinin püşkü atılıb. 

Dsport.az xəbər verir ki, püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçirilib.

Püşkatmalarda AFFA-nın Məşqçilər Komitəsinin üzvləri və regional futbol federasiyalarının nümayəndələri iştirak edib. Mərasimdən hazırlanmış fotoreportajı təqdim edirik: