Bizim futbol

“Qarabağ”ın hücumçusu Çin klubunda?

"Qarabağ"ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirə bilər.

Dsport.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin "Hançjou Qrintaun" klubu 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Çinlilərin bununla bağlı "Qarabağ"la danışıqlar apardığı da qeyd olunur.

Xatırladaq ki, bir müddət öncə Rumıniyanın ÇFR klubunun da Ndlovu ilə maraqlandığı iddia edilirdi.

“Hançjou Qrintaun" Çinin birinci liqasında çıxış edir. Komanda hazırda 36 xalla 9-cu pillədə qərarlaşıb.