Bizim futbol

“Kəpəz” kubok matçının hazırlığını başa vurdu

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində doğma meydanda “Keşlə” ilə cavab matçına çıxacaq “Kəpəz” bu gün Gəncəyə yollanıb.

Dsport.az xəbər verir ki, komanda qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçirib. “Sarı-göylər”in oyun öncəsi son məşqi qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda olub.

Gəncə klubu kubok görüşünə itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqlarından komandaya kömək etməyəcək.

Qeyd edək ki, “Kəpəz” - “Keşlə” oyunu sabah - dekabrın 14-də keçiriləcək və saat 13:00-da başlayacaq.