Bizim futbol

Vüqar Məmməd: “Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik”

Azərbaycan U-19 yığmasının baş məşqçisi təyin olunan Vüqar Məmməd bu münasibətlə fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, o, AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığma komandalarımıza təyin edilmiş bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.