Bizim futbol

Zaur Həşimov: “Mənə məsuliyyətli iş tapşırılıb”

Azərbaycan U-18 yığmasının baş məşqçisi təyin olunan Zaur Həşimov bu münasibətlə fikirlərini bölüşüb. 

Dsport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlamasında o, bunları söyləyib:

“Mənə qürurverici və məsuliyyətli bir iş tapşırılıb. Etimad göstərdiklərinə görə AFFA rəhbərliyinə və milli komandanın baş məşqçisi Qurban Qurbanova təşəkkür edirəm. Azərbaycan futboluna fayda vermək üçün bütün bacarığımla çalışacağam”.