Bizim futbol

Ramin Quliyev: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”

Azərbaycan U-17 yığmasının baş məşqçisi təyin olunan Ramin Quliyev bununla bağlı fikirlərini bölüşüb.

Sport24.az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlamasında o, bunları söyləyib:

“Milli komandada çalışmaq son dərəcə məsuliyyətli, bir o qədər də şərəfli işdi. Belə bir vəzifəni mənə həvalə etdikləri üçün minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəm”.