Bizim futbol

Klublar Komitəsindən bəyanat

AFFA-nın Klublar Komitəsi bəyanat yayıb. Dsport.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:

“Təəssüf hissilə qeyd edirik ki, dünyanın müxtəlif ölkələrində idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdləri ölkəmizdə də müşahidə edilməkdədi. Son vaxtlar ölkə futbolunda baş verən neqativ halların aşkarlanması, bu işdə birbaşa və ya dolayısıyla iştirak edən şəxslərin cəzalandırılması və ədalətli oyun prinsiplərinə əməl olunması təqdirəlayiq haldır. Mövcud problemlə bağlı Klublar Komitəsinin bu gün keçirilmiş iclasında geniş müzakirə aparılıb və UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun təqdim etdiyi məlumatlar dinlənilib. Klublar Komitəsi olaraq idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, ölkə futbolunun inkişafı istiqamətində atılan addımı yüksək qiymətləndiririk. Həmçinin bəyan edirik ki, bu istiqamətdə istər AFFA, istərsə də hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etməyə, hər cür köməklik göstərməyə hazırıq”.