Bizim futbol

Kütləvi davada iştirak edən futbolçulara 5 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif ölkə birincilikləri ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasında “Zirə” – “Qarabağ” matçının 70-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Davud Mahmudov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər Liqasında “Qəbələ” – “Səbail” matçının 90+1-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Fərid Nadirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Gənclər Liqasında “Kəpəz” – “Neftçi” İK matçı başı çatdıqdan sonra “Neftçi” İK-nın futbolçusu Əbdül Ağaməmmədov və “Kəpəz”in futbolçuları - Mehdi Həsənov ilə Yusif İsmayılov kütləvi dava-dalaşda iştirak etdiklərinə görə hər üçü 5 oyun cəzalanıb.

U-17 Liqasında “Qəbələ” – “Səbail” matçının 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Səbail” – “Qəbələ” matçının 44-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Rauf Məhərrəmov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Neftçi” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu İlqar Bağırlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında “Mil-Muğan” – “Füzüli” matçı başa çatdıqdan sonra “Mil-Muğan”ın futbolçusu Nail Oruczadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-14 Liqasında UGİM (Oğuz) – UGİM (Balakən) matçının 48-ci dəqiqəsində UGİM-in futbolçusu Bəylər Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Şirvan” – “Təhsil” RİM matçının 57-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Əhməd Eyvazov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Quba” OK – UGİM (Siyəzən) matçının 45-ci dəqiqəsində “Quba”nın futbolçusu Elcan Musayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında UGİM (Lənkəran) – “Boradigah” (Masallı) matçının 45-ci dəqiqəsində UGİM-in baş məşqçisi Bəxtiyar Sadıqov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

U-13 Qızlar Liqasında “Sumqayıt” FK (Sumqayıt) – UGİM (Xaçmaz) matçında “Sumqayıt”ın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasında UGİM (Lənkəran) – “Əhmədli Yunayted” matçında UGİM komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Qızlar Liqasında “Gömrükçü” – "Autizmlilər" İK matçında "Autizmlilər" komandasanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.

U-16 Qızlar Liqasında “Fidan” – UGİM (Qax) matçının 69-cu dəqiqəsində “Fidan”ın futbolçusu Nazilə Mürsəlova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

İntizam Komitəsinin 6 dekabr 2017-ci il tarixli 16 №-li protokoluna əsasən, “Mingəçevir” - UGİM (Xaçmaz) matçında hər iki komanda yaş limitini pozduğuna görə, hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilmişdi. Lakin bu qərardan sonra Qadınlar Liqası şöbəsinin İntizam Komitəsinə ünvanladıqları məktuba əsasən texniki şöbə olaraq səhvə yol verdiklərini və hec bir limitin pozulmadığı bildiriblər. Bunu nəzərə alaraq İntizam Komitəsi 26 noyabr 2017-ci il U-16 qızlar Liqasında “Mingəçevir” - UGİM (Xaçmaz) matçında hər iki komandanın yaş limitini pozmasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə qərarını ləğv edib.