Bizim futbol

Divizion klublarına ilin son cəzaları açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionda 13-cü turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Binə” – “Zaqatala” matçında sözügedən klubların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində “Binə”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə 80 manat cərimə olunub.

MOİK – “Xəzər” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Ağsu” – “Turan Tovuz” matçının 75-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Əlimərdan Əlimərdanlı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.