Bizim futbol

“Zirə” və “Keşlə”yə cərimə, Fərhad Vəliyevə 1 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Keşlə” – “Kəpəz” matçında “Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qarabağ” – “Sumqayıt” matçının 88-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Fərhad Vəliyev sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.