Bizim futbol

Klublar Komitəsində yeni sədr

Bu gün AFFA Klublar Komitəsinin (KK) bu il üçün sonuncu iclası keçirilib.

Dsport.az xəbər verir ki, toplantıda KK-nin yeni sədri müəyyənləşib.

Səsvermə nəticəsində “Neftçi”nin prezidenti Orxan Hüseynzadə bu vəzifəyə təyin olunub. O, 7 səs toplayaraq, qarşıdakı 1 il ərzində KK-yə rəhbərlik etmək hüququna yiyələnib.

Bununla da, Orxan Hüseynzadə komitənin 4-cü sədri olub. Ona qədər bu posta Tuyqun Nadirov (“Xəzər Lənkəran”), Fikrət Hüseynov (AZAL) və Kamran Quliyev (“Sumqayıt”) başçılıq edib.

Komitəyə yeni koordinator da təyin edilib. Vəzifəsindən gedən Firuz Abdullanı Zaur Hacıməhərrəmov əvəzləyib. Halbuki daha öncədən bu postu Mikayıl Nərimanoğlunun tutacağı deyilirdi.