Bizim futbol

Kramarenko rəsmən milli komandamızda

Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanovun köməkçilərindən birinin adına rəsmən aydınlıq gəlib.

Dsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi vəzifəsi Dmitri Kramarenkoya həvalə olunub. Millinin keçmiş qolkiperinin işi yalnız əsas yığma ilə bağlı olmayacaq. Belə ki, o, bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərinin koordinatoru vəzifəsini də icra edəcək.
 
Qeyd edək ki, məşqçi kimi “Qəbələ” və “Neftçi”də çalışmış Dmitri Kramarenko son olaraq Moskvanın ÇSKA klubunun futbol akademiyasında fəaliyyət göstərirdi.