Bizim futbol

Rəşad Sadıqov “Roma”nın düşərgəsində

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb. 

Dsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin kapitanı özü məlumat verib. O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.

Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunması gözlənilir. (Report)