Bizim futbol

“Qəbələ”nin sabiq forvardı klubsuz qaldı

Ukraynanın “Çernomorets” klubu 4 futbolçusu ilə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, Odessa təmsilçisinin yola saldığı futbolçular arasında “Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov da var. Sözügedən klub onunla yanaşı qapıçı Aleksandr Qutor, yarımmüdafiəçi Sergey Politalo və hücumçu Vladimir Barilko ilə də müqaviləyə xitam verib. 

Xatırladaq ki, Antonov 2015/16 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. 31 yaşlı hücumçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 49 oyunda 8 qola imza atıb.