Bizim futbol

290 oyun, 8170 futbolçu

AFFA-nın təşkil etdiyi Məktəbli Kuboku, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarında ötən həftə ümumilikdə 265 oyun keçirilib. 

Dsport.az xəbər verir ki, 7420 futbolçu 530 komandanın heyətində meydana çıxıb ki, onlardan 28 nəfəri qızdı. 

Qızlardan ibarət komandaların iştirakı ilə keçirilən U-13, U-16 və Yüksək liqalarda isə 50 komandanın heyətində 750 futbolçu meydana çıxıb.