Bizim futbol

“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Qəbələ" "Səbail"i qəbul edib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesablı qələbəyə seviniblər. "Qəbələ"nin kapitanı Cavid Hüseynov hesab arasındakı fərqi artırmaq üçün əla şans qazansa da, penaltidən dəqiq yararlana bilməyib. Bir qədər də dəqiqləşdirsək, rəqib qolkiper onun bu arzusunun gerçəkləşməsinə mane olub. 

Digər qarşılaşmada ölkə kubokunun son qalibi "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Bu oyunda hesabı qonaqlar açıblar. Amma fasilədən sonra təzyiqi daha da artıran Ağdam klubu buraxılan qolun əvəzini artıqlamasıyla çıxıb və əzmkar qələbə qazanıb. 

Azərbaycan kuboku
1/4 finalın ilk oyunları

11 dekabr

“Qəbələ” - “Səbail” 1:0
Qol: S.Monroz, 59.
Matçın 76-cı dəqiqəsində meydan sahiblərinin üzvü C.Hüseynov penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov.
Qəbələ. Şəhər stadionu, 16:00.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 34. Ürfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 12. Endi Hallidey, 15. Vitali Vernidub, 17. Roman Hüseynov, 18. İlqar Qurbanov, 21. Deyv Bultuis, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Roman Qriqorçuk.
“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 18. Adrian Popoviçi, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 26. Kamal Qurbanov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.

“Qarabağ” – “Sumqayıt” 2:1
Qol: R.Almeyda, 57. P.Enrike, 85 - R.Eyubov, 24.
Qırmızı vərəqə: F.Vəliyev, 88.
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov.
Suraxanı. “Azersun Arena”, 19:00.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda (k), 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 18. Tarik Elyunussi, 14. Famil Camalov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 13. Bəhlul Mustafazadə, 20. Səbuhi Abdullazadə, 28. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov.
Məşqçi: Seymur Rəhimov.

Digər oyunlar: “Keşlə” – “Kəpəz” 2:0, “Zirə” – “Neftçi” 1:0.