Bizim futbol

“Olimpik”lərdən biri evdə, digəri səfərdə qalib gəldi - VİDEOLAR

Futbol üzrə Fransa çempionatında 17-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun ilk oyununda “Bordo” “Strasburq”u qəbul edib. Üç qolun qeydə alındığı görüşdə meydan sahibləri darmadağın oldular.

Lider PSJ isə şənbə günü evdə “Lill”i sınağa çəkib. Ötən tur ilk məğlubiyyət acısını dadan parislilər bu oyunda qələbə qazanmağa nail olublar.

Son çempion "Monako" da "Trua"dan üstün olub.

Son oyun günündə üç görüş baş tutub. "Lion" səfərdə "Amyen"ə, "Nitsa" "Nant"a qalib gəlib. "Marsel" də doğma meydanda "Sent-Etyen"i darmadağın edib.

Fransa Liqa 1
17-ci tur
8 dekabr

Bordo - Strasburq 0:3
Qol: Bahoken, 2. Linard, 38. Terrye, 64.

9 dekabr

PSJ - Lill 3:1
Qol: Di Mariya, 28. Pastore, 49. Mbappe, 90 - El-Qazi, 86.

Anje - Monpelye 1:1
Qol: Ekambi, 56 - Mbenza, 51.

Monako - Trua 3:2
Qol: Deplagne, 71-öz qapısına. Karilyo, 85; 88 - Suk, 25; 50.

Mets - Renn 1:1
Qol: Molye, 41 - Ndombe, 86.

Genqam - Dijon 4:0
Qol: Briand, 37. Salibur, 40. Koko, 59. Kerbat, 66.

Tuluza - Kan 2:0
Qol: Da Silva, 62-öz qapısına. Qradel, 74-pen.

10 dekabr

Amyen – Olimpik (Lion) 1:2
Qol: Qakpe, 9 - Auar, 79; 90.

Nant - Nitsa 1:2
Qol: Bammu, 12 - Plea, 42. Balotelli, 75.

Olimpik (Marsel) - Sent-Etyen 3:0
Qol: Cermeyn, 11; 71, Okampos, 80.