Bizim futbol

Kamran Ağayev Çexiya klubundan qovuldu

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayev formasını geyindiyi Çexiyanın “Mlada Boleslav” klubundan uzaqlaşdırılıb. 

Dsport.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Ağayev baş məşqçinin istəyi ilə komandadan göndərilib. O, etimadı doğrulda bilmədiyi üçün müqaviləsinə xitam verilib.

Xatırladaq ki, millimizin qapıçısı Çexiya klubuna yayda keçmişdi. Kamran bu komandada cəmi 5 oyuna çıxıb.