Bizim futbol

Romada “Qarabağ”a xüsusi dəstək - FOTO

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə İtaliaynın “Roma” klubu ilə qarşılaşır. 

Dsport.az xəbər verir ki, Ağdam klubu bu matçda dəstəksiz deyil. Belə ki, “Olimpiko” stadionunda təmsilçimizi 300-ə yaxın azarkeş dəstəkləyir. Komandamız üçün ayrılmış ayrıca sektorda 160-dan çox azarkeş xüsusi fəallığı ilə seçilir. Onlar “Qarabağ” dəstək olmaq üçün xüsusi xareoqrafiya da hazırlayıblar. Belə ki, fanatlar üçrəngli kağızlardan istifadə etməklə tribunada Azərbaycan bayrağını əks etdiriblər. Bundan başqa fanatlar əllərində tutduğu ağ kağızlarda “QARABAĞ” yazısını da nümayiş etdiriblər. Azarkeşlərin əlində Azərbaycan bayraqlarına da rast gəlmək mümkündü. 

Başqa bir sektorda isə təxminən 120 azarkeş komandamıza dəstək göstərir.

Hazırda “Roma” – “Qarabağ” matçında hesab açılmayıb.