Bizim futbol

“Payız turniri” başladı: 3 oyuna 26 qol

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə bu gün Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında futzal üzrə “Payız turniri”nə start verilib.

Dsport.az xəbər verir ki, birinci turun oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Bakı” – “Azəri” 1:10
“Zirvə” – “Şimşək” 3:4
“Azəri” – “Ümid” 8:0