Bizim futbol

AFFA İsgəndər Cavadovun komandalarına texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasında “Sumqayıt” – “Neftçi” matçının 31-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ağahüseyn Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Kəpəz” – “Zirə” matçının 77-ci dəqiqəsində “Zirə”nin futbolçusu Nahid Zülfüqarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” – “Kəpəz” matçının 51-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Pərvin Zeynalov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasında “Neftçi” İK İB – “Zirə” matçının 72-ci dəqiqəsində “Zirə”nin futbolçusu Qoçəli Qədimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-15 Liqasında “Viləş” – “Keşlə” matçının 29-cu dəqiqəsində “Keşlə”nin futbolçusu Elmar Əzizov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

“Şirvan” – “Kürdəmir” Gİİ matçının 8-ci dəqiqəsində “Kürdəmir”in futbolçusu Sahil Əsədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 55-ci dəqiqəsində “Kürdəmir”in baş məşqçisi Əfrayıl Həşimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “Şüvəlan” – "Təhsil" FM matçının 60+3-cü dəqiqəsində “Təhsil”in futbolçusu Mirzəli Mirzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında İsgəndər Cavadov BFA – Qarabağ FK matçında İsgəndər Cavadov BFA komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında “Quba” OK – UGİM (Şabran) matçının 50-ci dəqiqəsində UGİM (Şabran) klubunun futbolçusu Kənan Məsimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında "Şahdağ-Samur" (Qusar) – "Alekseyevka" (Quba) matçında "Şahdağ-Samur" komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasında İsgəndər Cavadov BFA – Neftçi PFK matçında İsgəndər Cavadov BFA komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-10 Liqasında “Azəri” TİM (Gəncə) – Qoşqar UGİM-2 (Gəncə) matçında “Qoşqar UGİM-2” komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Liqada (qızlar) “Fidan” – “Veqa” matçında “Fidan” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 qızlar Liqasında “Fidan” – “Veqa” matçında “Veqa” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Yüksək Liqanın “Marafon Futsal” – “Neftçi” İK matçının 31-ci dəqiqəsində “Marafon Futsal”ın futbolçusu Rüstəm Bağırzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 40-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Sadiq Cavid rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Atletiko Baku” – “Avanqart” matçının 45-ci dəqiqəsində “Avanqart”ın futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə İkinci Liqanın “Dalğa” - “Təbriz” matçının 45-ci dəqiqəsində “Təbriz”in futbolçusu Şirin Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 46-cı dəqiqəsində “Dalğa”nın futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.