Bizim futbol

Divizion klublarının cəzası açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun son iki turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olundu. 

9-cu turun “Zaqatala” – “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

9-cu turun “Şüvəlan” – “Xəzər” matçında “Şüvəlan”ın 4, “Xəzər”nin isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.

9-cu turun “Binə” – MOİK matçının 57-ci dəqiqəsində MOİK-in futbolçusu Cəmil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində MOİK-in futbolçusu Qərib İbrahimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Binə”nin futbolçusu Toure Morifere aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

10-cu turun “Binə” – “Sabah” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

10-cu turun “Zaqatala” – “Ağsu” matçının 34-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Təmraz Əmircanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

10-cu turun “Mil-Muğan” – “Xəzər” matçının 73-cü dəqiqəsində “Xəzər”in futbolçusu Məhəmməd Məhəmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

10-cu turun “Qaradağ Lökbatan” – MOİK matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində MOİK-in futbolçusu Mehman Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.