Bizim futbol

BOS-dan “Beşiktaş”a dəstək – FOTO

UEFA Çempionlar Liqasında 1/8 finala yüksələn Türkiyənin “Beşiktaş” klubunun uğuruna Azərbaycan da biganə qalmayıb.

Dsport.az xəbər verir ki, Bakı Olimpiya Stadionununda divarlarında dünən saat 19:00-da 00:00-a qədər İstanbul klubununun ağ-qara rəngləri işıqlandırılıb.

Qeyd edək ki, “Beşiktaş” dünən ÇL-in qrup mərhələsinin 5-ci turunda "Portu" ilə heç-heçədən (1:1) sonra pley-off mərhələsinə vəsiqəni təmin edib.