Bizim futbol

“Qarabağ” “Çelsi” ilə matça hazırlığı başa vurdu - FOTOLAR

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” sabah UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sonuncu ev oyununa çıxacaq.

Dsport.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda İngiltərə çempionu “Çelsi” ilə qarşılaşacaq. Qurban Qurbanovun çalışdırdığı təmsilçimiz bu gün matç öncəsi son məşqinə çıxıb. Həmin məşqdən görüntüləri təqdim edirik.

“Qarabağ” - “Çelsi” qarşılaşmasının start fiti sabah saat 21:00-da səslənəcək.