Bizim futbol

“Çelsi”ni Bakıda iraqlı fanatları da dəstəkləyəcək - FOTO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq İngiltərə çempionu “Çelsi” Bakıda dəstəksiz qalmayacaq.

Dsport.az xəbər verir ki, London təmsilçisini dəstəkləmək üçün İngiltərədən ölkəmizə 1000 azarkeş gəlib. 

Bundan başqa, “zadəganlar”ın İraqdakı fan-klubu da sevimli komandalarına dəstək olmağa gəlib. 

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu sabah Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.