Bizim futbol

Əliyar Ağayev “Beşiktaş”ın məğlubiyyətini qeydə aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının oyununu idarə edib.

Dsport.az xəbər verir ki, o, Türkiyənin “Beşiktaş” və Portuqaliyanın “Portu” klublarının U-19 komandalarının oyununda ədaləti qorumağa çalışıb. Qarşılaşma isə qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ağayev bu oyunda 6 sarı vərəqə çıxarıb ki, onlardan dördü meydan sahiblərinə, qalan ikisi isə qonaq futbolçulara göstərilib.

Əliyara yan xətt hakimləri Mübariz Həşimov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını Türkiyədən olan Oğuzhan Uğurlu yerinə yetirib.