Bizim futbol

Millimiz Kosovoya məğlub oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün ikinci oyununu keçirib.

Dsport.az xəbər verir ki, komandamız Kosovo ilə qarşılaşıb. Futbolçularımız meydanı 0:2 hesablı məğlubiyyətlə tərk ediblər.

Qeyd edək ki, millimiz ilk matçda Albaniyaya 1:0 hesabı ilə qalib gəlib. Yığmamız növbəti oyununu noyabrın 23-də Türkiyəyə qarşı keçirəcək.