Bizim futbol

Əliyar Ağayev bu gün “Beşiktaş”ın oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının oyununa təyinat alıb.

Dsport.az xəbər verir ki, o, Türkiyənin “Beşiktaş” və Portuqaliyanın “Portu” klublarının U-19 komandalarının oyununu idarə edəcək. Əliyara yan xətt hakimləri Mübariz Həşimov və Akif Əmirəli köməklik edəcək. 

Dördüncü hakim funksiyasını Türkiyədən olan Oğuzhan Uğurlu yerinə yetirəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Portu" görüşü bu gün saat 15:00-da başlayacaq.