Bizim futbol

Millimizin yer aldığı qrupda 2 oyuna 10 qol

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Dsport.az xəbər verir ki, Azərbaycan yığmasının 5-ci qrupdakı rəqibləri də növbəti matçlarına çıxıblar. Millimizin doğma meydanda Kosovo ilə qolsuz heç-heçəyə razılaşdığı gündə qrup lideri İrlandiya səfərdə Norveçlə qarşılaşıb və məğlubiyyətlə üzləşib. 

Bundan maksimum yararlanan Almaniya səfərdə İsraili darmadağın etməklə zirvəni ələ keçirib.

Almaniya - 12, İrlandiya – 10, Norveç – 5, İsrail – 7, Kosovo – 7, Azərbaycan – 1.