Bizim futbol

“Bu, Azərbaycan üçün layiqli yer deyil”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu İlyas Səfərzadə Kosovo ilə qolsuz heç-heçə etdikləri AÇ-2019-un seçmə mərhələ matçından sonra oyun haqqında fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini söyləyib:
 
“Bu matçda iki xal itirdik. Evdə oynayırdıq. Komanda Almaniya ilə oyunda da canla-başla oynamağa çalışdı. Tez qol buraxdığımıza görə həmin oyunda pis nəticə əldə etdik. Bu gün də yaxşı nəticə əldə edə bilmədik. Kosovo ilə qarşılaşmada qələbə qazanmaq üçün meydana çıxmışdıq. Əfsuslar olsun ki, 1 xalla meydanı tərk etdik. Qrupda sonuncu yerdə qərarlaşmışıq. Bu, Azərbaycan millisi üçün layiqli yer deyil. Gələcəkdə əlimizdən gələni edəcəyik ki, yüksəklərə qalxaq”.