Bizim futbol

Millimizin üzvləri jurnalistlərdən qaçdı

Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin futbolçuları Anton Krivotsyukla Elnur Cəfərov AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovo ilə ev oyunundan sonra mətbuatla ünsiyyətdən imtina ediblər. 

Dsport.az xəbər verir ki, Cəfərov bunu jurnalistlərə danışmağa qadağa qoyulması ilə əlaqələndirib. Lakin o, qadağanın klub, yoxsa yığma rəhbərliyi tərəfindən gəldiyini açıqlamayıb. Krivotsyuk isə müsahibə istəyinə etinasız yanaşıb.  

Qeyd edək ki, Cəfərov son günlər qalmaqallı davranışları ilə yadda qalıb. Anton Krivotsyuk isə Kosovo ilə görüşün 87-ci dəqiqəsində qırmızı vərəqə alıb.