Bizim futbol

“Sumqayıt”da seleksiya günləri davam edir

“Sumqayıt”ın akademiyasına 6-12 yaş arası futbolçuların seçimi davam edir. 

Dsport.az xəbər verir ki, artıq 3 həftədi keçirilən seleksiya günlərində təxminən 70-ə yaxın gənc futbolçu iştirak edib. Mövsüm boyu davam edəcək seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular "Sumqayıt"ın akademiyasına cəlb olunacaq. 

Seleksiya günləri hər şənbə və bazar günləri, saat 09:00-da “Kapital Bank Arena”da keçirilir. 6-12 yaş arası futbolçular müraciət edə bilərlər.