Bizim futbol

“Qarabağ”dan yeni sponsor iddialarına cavab

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin Ağdam klubuna sponsorluq etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Dsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdu. Doğrudu, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdı. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdu”.