Bizim futbol

Şeydayev məşqlərə başladı - Milliyə kömək etməyi çox istəyirdim

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev bu gün U-21 millimizin AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcəyindən təəssüfünü dilə gətirib.

Dsport.az xəbər verir ki, o, “Facebook”dakı səhifəsində artıq məşqlərə başladığını da diqqətə çatdırıb:

“Təəssüf ki, sabah (bu gün) U-21-ə kömək edə bilməyəcəm. Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.

Qeyd edək ki, Şeydayev də U-21-in Almaniya və Kosovoya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyətdə yer almışdı. Amma o, zədəli olduğu üçün millidən ayrılmaq məcburiyyətində qalmışdı.