Bizim futbol

“Qarabağ”dan növbəti ilk: “Sumqayıt”ı BOS-da qəbul edəcək

Bakı Olimpiya Stadionu ilk dəfə olaraq Topaz Premyer Liqasının oyununu qəbul edəcək.

Dsport.az xəbər verir ki, “Qarabağ” çempionatın 12-ci turu çərçivəsində “Sumqayıt”la ölkənin ən böyük arenasında qarşılaşacaq. Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasında “Çelsi” ilə oyun öncəsində bu arenada oynamaq istəyi olub.

Xatırladaq ki, “Qarabağ” “Çelsi”ni noyabrın 22-də Olimpiya Stadionunda qəbul edəcək.