Bizim futbol

“Kəpəz”in futbolçusu ili erkən başa vurdu

“Kəpəz”in əsas komandasının üzvü Fərid Məmmədov bu ilin oyunlarında iştirak edə bilməyəcək. 

Dsport.az xəbər verir ki, zədəli olan gənc hücumçu qış fasiləsinə kimi müalicə olunacaq.

Xatırladaq ki, bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu. Zədə ağır olsa da, cərrahiyə əməliyyatına ehtiyac duyulmayıb. Fəridin müalicə prosesi 20 gün davam edəcək.