Bizim futbol

“Neftçi” Nar bayramında

Hər il ənənəvi olaraq Göyçay rayonunda təşkil olunan Nar bayramında bu il “Neftçi” PFK da iştirak edəcək. 

Dsport.az xəbər verir ki, təşkilatçılar tərəfindən göndərilən dəvət məktubunda yerli "Aznar” futbol komandası ilə oyun keçirilməsi təklif olunub. Nar bayramının ölkə əhəmiyyətli tədbir olmasını nəzərə alan klub rəhbərliyi bu dəvətə müsbət cavab verib.

Beləliklə, sabah saat 15:00-da Göyçay rayon stadionunda keçiriləcək yoldaşlıq oyununda "Neftçi”nin U-19 komandası "Aznar” futbol komandası ilə qarşılaşacaq.